Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
Azərbaycanlı hərbçi, polkovnik Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
"Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan", Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq, viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram", - o qeyd edib.
Oxşar xəbərlər
İranın sensasiyalı qisas planı: Hadisələr ətraf ölkələrə necə təsir edəcək?
"Biz bu hərbi əməliyyatların ən qısa müddətdə başa çatacağını və gəmilərin səyahətlərinə davam edib, yenidən Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcəyin...