"AnewZ" Vardanyanın cinayətləri barədə "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
"AnewZ" telekanalı Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol barədə araşdırma xarakterli sənədli film hazırlayıb.
"The Oligarch"s Design" adlı sənədli film maliyyə gücü, siyasi nüfuz və məqsədli narrativlərin münaqişələrə və ictimai qavrayışa necə təsir göstərə bildiyini araşdırır.
Ekran işi beynəlxalq jurnalist araşdırmalarına, açıq mənbəli kəşfiyyat məlumatlarına və əvvəllər ifşa edilmiş, Rusiya korporativ və siyasi maraqları ilə əlaqəli olduğu bildirilən "Troika Laundromat" adlı geniş ofşor maliyyə şəbəkəsinə dair materiallara əsaslanır.
Sənədli filmdə Ruben Vardanyanın Moskvanın maliyyə elitasındakı fəaliyyətindən Qarabağdakı siyasi proseslərə keçidi izlənilir. Xüsusilə onun 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi və sonradan tanınmayan separatçı qurumda tutduğu vəzifə diqqət mərkəzinə çəkilir.
Film bu prosesləri daha geniş geosiyasi və maliyyə kontekstində təqdim edərək, ayrı-ayrı şəxslərin ictimai diqqətdən kənarda regional sabitliyə necə təsir göstərə bildiyini araşdırır. "The Oligarch"s Design" mövqe bildirməkdən daha çox güc mexanizmlərinin sənədləşdirilməsini və ictimaiyyətin məlumatlandırılmasını hədəfləyir.
Oxşar xəbərlər
3500-dən artıq hüquq terminin olduğu izahlı lüğət tərtib edilib, kitabxana 502 yeni hüquqi vəsaitlə zənginləşdirilib
"Hüquqi biliklərin sistemləşdirilməsi məqsədilə 3500-dən artıq hüquq terminin olduğu izahlı "Hüquq terminləri lüğəti" və "Akademik hüquqi yazı kitabçası" nəşr o...