Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10 800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.
Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.
Qalereya
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.