Bakı və Abşerona sulu qar yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Xidmətdən verilən məlumata görə, bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar və qar yağır.
Bildirilib ki, yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.
Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...