Qış aylarında zəhərlənmələr ən çox nədən baş verir?

Qış aylarında zəhərlənmələr ən çox nədən baş verir?
Sosial 48

Qış mövsümündə zəhərlənmə hallarında ciddi artım müşahidə olunur. Mütəxəssislərin məlumatına görə, bu dövrdə qeydə alınan zəhərlənmələrin əsas səbəbi dəm qazı (karbonmonoksid) ilə bağlıdır.

BAKU.WS xəbər verir ki, qapalı məkanlarda qaz sobalarının, kombilərin, odun və kömür sobalarının düzgün istifadə edilməməsi nəticəsində dəm qazı yaranır. Rəngsiz və qoxusuz olan bu qaz qısa müddətdə ağır zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.

Qışda evlərin pəncərələrinin bağlı saxlanılması təbii havalandırmanı zəiflədir. Bu isə məişət qazından sızma riskini artırır və kəskin zəhərlənmə hallarına yol aça bilir.

Soyuq havalarda bəzi şəxslər qeyri-qanuni və keyfiyyətsiz spirtli içkilərə üstünlük verir. Bu cür məhsullar metanol tərkibli ola bilər ki, nəticədə ağır zəhərlənmə və görmə itkisi riski yaranır.

Qış aylarında düzgün saxlanılmayan yeməklər, xüsusilə ev şəraitində hazırlanan konservlər və vaxtı keçmiş məhsullar qida zəhərlənmələrinə səbəb olur.

Qapalı məkanlarda istifadə olunan təmizləyici maddələrin havalandırma olmadan işlədilməsi də tənəffüs yolu ilə zəhərlənməyə gətirib çıxara bilər.

Mütəxəssislər qaz cihazlarının mütəmadi yoxlanılmasını, otaqların havalandırılmasını və mənşəyi bilinməyən məhsullardan istifadə edilməməsini tövsiyə edirlər.

Oxşar xəbərlər

Son xəbərlər