Daha bir ölkədən “TikTok” qadağası

23
mar
2023
21:38
Britaniyada parlament binasında "TikTok" sosial şəbəkəsindən istifadə edilməsi qadağan ediləcək.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə sosial şəbəkə proqramı bütün parlament cihazlarında bloklanacaq.
Qeyd edək ki, Çinə məxsus sosial şəbəkənin təhlükəsizlik problemləri bir neçə dəfə gündəmə gətirilib.
Sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürməkdə ittiham olunur. Hətta bəzi Qərb ölkələri rəsmi qurumlarında “TikTok”dan istifadəni qadağan edib.
Oxşar xəbərlər
ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır
Amerika Birləşmiş Ştatları (ABŞ) “TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ...
