SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qəza keçirdiyim andan etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında bildirib.

Binəli Yıldırım mütəmadi olaraq onun vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edib.

***13:44

Azərbaycanda yol qəzası keçirən və Türkiyədə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım evə buraxılıb.

O, xəstəxanadan çıxdıqdan sonra mətbuata açıqlama verib və vətəndaşların, dostların, qohumların duaları sayəsində sağaldığını bildirib.

“Ağır qəza idi. İki qabırğam sınıb. Təəssüf ki, qabırğa sınığı ilə bağlı tədbir görülə bilməz. Bədənin müxtəlif yerlərində əzilmələr var. Bunlar zamanla sağalacaq”, - deyə Yıldırım bildirib.

O, ilk müdaxilənin Azərbaycanda edildiyini, sonra Türkiyədə müalicəsinin davam etdiyini xatırladıb.

“Prezidentimizə minnətdarlığımı bildirirəm. Biz yaxşıyıq, bundan sonra müalicəmiz evdə davam edəcək”, - deyə B.Yıldırım qeyd edib.

***11.13

Azərbaycanda səfərdə olan zaman yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son vəziyyəti məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay özünün tvitter hesabında paylaşım edib.

F.Oktay Binəli Yıldırım və Şamil Ayrımı xəstəxanada ziyarət edib və vəziyyətlərinin yaxşı olduğunu bildirib. 

Qeyd edək ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb.

BAKU.WS
VİDEO

VİDEO
ВИДЕО