Ançelotti bu tarixdə "Real"dan gedir

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə baş məşqçi təyin olunmasından danışıb.
BAKU.WS "Madrid Universal"a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı cari mövsüm başa çatdıqdan sonra Madrid klubunu tərk edir.
"Mayın 26-dan Braziliya millisinin məşqçisi olacağam. Bu, böyük problemdir, amma yenə də "Real Madrid"in baş məşqçisiyəm. Böyük macəranın bu hissəsini yaxşı başa vurmaq istəyirəm. Mənim gedişim niyə rəsmiləşdi? Çünki Braziliya Futbol Konfederasiyası bu açıqlamanı verdi, 26-dan isə bu milli komandanın məşqçisi olacam. "Real" nə vaxt istəsə rəsmi açıqlama verəcək. Bununla bağlı heç bir problem yoxdur. Nə vaxt çap edəcəklərini bilmirəm. Lazım bildikləri vaxt bunu edəcəklər", - deyə nəşr Ançelottidən sitat gətirib.
Oxşar xəbərlər
Messi ilə bağlı "bomba" transfer iddiası
Səudiyyə Ərəbistanının Pro Liqa komandaları 37 yaşlı, dünya şöhrətli argentinalı futbolçu Leonel Messiyə təkliflər göndərib. BAKU.WS xəbər verir ki, bu barədə s...
