Etna vulkanı aktivləşib

İtaliyanın cənubundakı Siciliya adasında yerləşən Etna vulkanı gecə saatlarında güclü püskürərək kül və lava səpib.
BAKU.WS xəbər verir ki, Etna dağının cənub-şərq kraterində dünən axşam 2900 metr yüksəklikdə başlayan püskürmə gecə saatlarında daha da intensivləşib və səhərədək davam edib.
Cənub-şərq kraterindən çıxan maqma vulkanın yamacından cənub-şərq istiqamətində güclü lava axınına səbəb olub.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də səhər saatlarında püskürmənin sona çatdığını təsdiqləyib.
Məlumata görə, vulkandan səpələnən kül yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusilə də Zafferana Etnea qəsəbəsinə düşüb. Kül buludu əsasən şərq və cənub-şərq istiqamətində yayılıb.
Etna yaxınlığındakı Kataniya Fontanarossa hava limanında uçuşların normal rejimdə davam etdiyi və püskürmədən təsirlənmədiyi bildirilib.
Qeyd edək ki, 3300 metr hündürlüyü ilə kontinental Avropanın ən yüksək aktiv vulkanı sayılan Etna bu ilin fevral və aprel aylarında da intensiv şəkildə püskürüb. Bu son püskürmə isə son aylarda qeydə alınan 13-cü vulkanik aktivlik olub.
Oxşar xəbərlər
KİV: Əş-Şəraa sabah Səudiyyə Ərəbistanında Trampla görüşə bilər
Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər. BAKU.WS "Report"...
