Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən parkdakı Zəfər Abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.
Oxşar xəbərlər
AZCON-da iki təyinat olub
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub. Bu barədə AZCON-dan məlumat verilib. Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCO...
