SİZİN REKLAM BURADA!
055 213 76 73


İndoneziyada ötən gün futbol matçından sonra stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb.

***10:49

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

BAKU.WS
VİDEO