Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb - YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb - YENİLƏNİB
Siyasət 148

Əfqanıstanın cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 920 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Taliban hökumətinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir müavini Şarafuddin Müslüm məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində həmçinin 610 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Həlak olanların ailələrinə 100 min əfqani (təxminən 1,1 min dollar), zərər çəkənlərə isə 50 min əfqani (560 dollar) kompensasiya ödəniləcək.

***11:47

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

BAKU.WS «reuters"a istinadən xəbər verir ki, bu barədə yerli hökumətdən məlumat verilib. Bildirilir ki, təbii fəlakət nəticəsində 280 nəfər ölüb, 600 nəfər yaralanıb.

Qeyd edək ki, 6,1 bal gücündə olan zəlzələnin episentri Host şəhərindən 42 kilometr cənub-qərbdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Oxşar xəbərlər

Son xəbərlər