SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ hakimiyyəti KXDR-in raket buraxmasının region üçün təhlükə yaratdığına inanır və Pxenyanı dialoqa başlamağa çağırır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

"Birləşmiş Ştatlar KXDR-in ballistik raket buraxmasını pisləyir. Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və KXDR-in qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır”, - nümayəndə deyib.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın müdafiə naziri Yasukazu Hamada qeyd edib ki, KXDR-in buraxdığı ballistik raket təxminən 400 km uçub, onun uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.

BAKU.WS