Şimali Koreya lideri Üçüncü Dünya Müharibəsinə hazırlaşır

Şimali Koreya lideri Üçüncü Dünya Müharibəsinə hazırlaşır
Siyasət 991

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb.

Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.

“Radio Free Asia” radiosuna danışan KXDR rəsmilərindən biri deyib ki, partiya Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istədi”

Öz növbəsində Şimali Koreyanın Xarici İşlər Nazirliyi də ABŞ və Qərbin yürütdüyü siyasəti tənqid edib. Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar və Qərb NATO-nun şərqə doğru genişlənməsini davam etdirir, Avropanın təhlükəsizlik mühitini pozurlar.

Oxşar xəbərlər

Kim Çen In ortaya çıxdı - FOTO

Kim Çen In ortaya çıxdı - FOTO

Şimali Koreyanın ölüm xəbəri yayılan rəhbərinin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, Koreya Əmək Partiyasının rəsmi mətbu orqanı “Nodon sinmun” ölkə lid...

1434 Siyasət 09:39 02 may 2020

Son xəbərlər