Kim Çen Inın səhhətindəki problemlər üzə çıxdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın səhhətindəki problemlərin üstü açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "38 North" nəşri yazıb.
Nəşrin yazdığına əsasən, KXDR liderinin səhhətinə həm qeyri-sağlam həyat tərzi, həm də irsi xəstəlik mənfi təsir göstərir. Onun atası Kim Çen İr və babası Kim İr Sen infarkt nəticəsində həyatlarını itiriblər.
Bundan əlavə, Şimali Koreya liderinin atası ölümündən bir neçə il əvvəl insult da keçirib. Bu hallar Kim Çen Inın da ürək probleminin olduğunu göstərir.
Kim Çen həmçinin artıq çəkidən də əziyyət çəkir. Onun 170 santimetr boyu olsa da, çəkisi 135 kiloqramdan çoxdur. Bu amil də onun ürək-damar sisteminin vəziyyətinə mənfi təsir edir.
Oxşar xəbərlər
Kim Çen In radioda çıxış etdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ağır xəstəliyə tutulması ilə bağlı iddialardan sonra yerli mediada ilk rəsmi xəbər çıxıb. BAKU...