Kim Çen In radioda çıxış etdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ağır xəstəliyə tutulması ilə bağlı iddialardan sonra yerli mediada ilk rəsmi xəbər çıxıb.
BAKU.WS xəbər verir ki, KXDR lideri yerli radioda çıxışı zamanı ölkənin ən böyük layihəsinin işçilərini uğurlu tikinti ilə əlaqədar təbrik edib.
Cənubi Koreya mediası təbrik çıxışının bir neçə həftə əvvəl hazırlanmasının mümkünlüyünü yazıb.
Qeyd edək ki, Şimali Koreya lideri iki həftədən çoxdur ictimaiyyətə görünmür.
Mətbuat Kim Çen Inın başına gələ biləcək hadisələr barədə onlarla versiya irəli sürüb. Bəziləri iddia edir ki, onun ciddi ürək problemləri var və əməliyyatdan sonra sağala bilmir. Digər versiyaya görə, həkimlər cərrahi müdaxiləyə gecikiblər.
Cənubi Koreya mediası Şimali Koreya liderinin yüngül yaralandığını və buna görə tədbirlərdə iştirak edə bilmədiyini də yazır. Digərləri isə dövlət başçısının ölümü ilə bağlı şayiələr yayımlayır.
Şimali Koreya mediası isə Kim Çen Inın səhhəti ilə bağlı heç bir məlumat vermir.
Oxşar xəbərlər
Şimali Koreya liderinin yerinə keçəcək şəxs məlum oldu
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın kiçik bacısı Kim Ye Çjon qardaşının əvəzinə ölkəyə rəbərlik etməyə hazırlaşır. BAKU.WS xəbər v...