Xərçəng xəstəliyi ilə bağlı YENİLİK

Xərçəng xəstəliyi ilə bağlı YENİLİK
Digər 405

Xərçəng hüceyrələrinin gen analizinə əsaslanan yeni molekulyar test şişlərin müalicə effektivliyini artırır.

BAKU.WS xəbər verir ki, bu barədə "Onkoboks" şirkəti məlumat yayıb.

Şirkət tərəfindən hazırlanmış fərdi molekulyar test, RNA-sekvenləşdirmə üsulu ilə şiş hüceyrələrinin gen ifadəsini təhlil edir. Bu üsul şişin molekulyar proseslərini modelləşdirərək, xəstəyə ən uyğun hədəf terapisini seçməyə kömək edir.

"Standart testlər yalnız şişdəki mutasiyaları araşdırır. Ancaq xərçəng xəstələrinin 80%-də əhəmiyyətli mutasiyalar olmur və onlar fərdi müalicədən kənarda qalırlar. "Onkoboks" isə 170-dən çox hədəf preparatını analiz edərək ən effektiv variantı müəyyənləşdirir", – deyə şirkətin inkişaf direktoru Andrey Qaraça bildirib.

Aparılan tədqiqatda 239 onkoloji xəstə (kolorektal xərçəng, süd vəzi xərçəngi və ağciyər xərçəngi olanlar) iştirak edib. "Onkoboks" testi əsasında müalicə alan xəstələrdə şişlərin kiçilməsi və stabil qalması 1,7 dəfə daha çox müşahidə edilib. Həmçinin, bu xəstələrdə xəstəliyin irəliləmədən qalma müddəti iki dəfə uzun olub.

Araşdırmaya N.N. Blokhin adına Onkologiya Mərkəzi, P.A. Herzen adına Milli Xərçəng İnstitutu, S.S. Yudin adına Klinik Xəstəxana və Seçenov Universiteti kimi tibb mərkəzləri dəstək verib.

Şirkət qeyd edib ki, bu testin kliniki praktikaya daxil edilməsi həkimlərin daha dəqiq müalicə seçməsinə kömək edəcək, hədəf terapiyanın effektivliyini artıracaq və xərçəng xəstələrinin ömrünü uzadacaq

Oxşar xəbərlər

Dişləri qorumağın 5 sadə yolu

Dişləri qorumağın 5 sadə yolu

Diş sağlamlığı insanın ümumi sağlamlığının və estetik görünüşünün vacib hissəsidir. Gülümsədiyimiz zaman ilk nəzərə çarpan məhz dişlərimiz olur. Ancaq dişlər t...

124 Digər 18:18 08 iyun 2025

Son xəbərlər