"Time" jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb
ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp, onun müttəfiqi, iş adamı İlon Mask, biznesmen Mark Zukerberq və ABŞ-nin vitse-prezidenti Kamala Harris "Time" jurnalının versiyası üzrə 2024-cü il üçün "İlin adamı" adına namizədlərin qısa siyahısına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Onlardan başqa, bu ada Böyük Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middlton, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, məşhur amerikalı komik Co Roqan və vəfat etmiş rusiyalı biznesmen Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da namizəddir.
Telekanalın məlumatına görə, "İlin adamı" dekabrın 12-də seçiləcək.
Oxşar xəbərlər
Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir
Son illərdə Özbəkistan ilə Azərbaycan arasında idman, xüsusilə futbol sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir. İki qardaş ölkə arasında belə...