Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın"

Təyyarə qəzasında həlak olan pilotun qızı: Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın
Foto
Digər 920

Aktauda baş verən təyyarə qəzasında həyatını itirən AZAL-a məxsus sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atasına həsr olunmuş emosional paylaşım edib.

Kapitanın qızı sosial şəbəkə hesabında atasına olan hisslərini belə ifadə edib:

"Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!"

Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi.

Dəhşətli qəzada 29 nəfərin sağ qalması, təyyarəni idarə edən kapitanın peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olub.

Son xəbərlər