Şəhid anası: "İstədi ki, adı tarixlərə düşsün"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun Qubanın Zizik kəndindəki evində olub, ailəsi ilə görüşüb.
Şəhid anası Nərgiz Allahyarova Leyla Əliyevaya oğlunun keçdiyi döyüş yolu, qəhrəmanlığı haqqında məlumat verərək xatirəsini bölüşüb. Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Şəhid anası bu barədə Baku TV-yə danışıb:
"Mən çox fəxr edirəm, qürur duyuram ki, bu gün Leyla xanım şəhid ocağını və şəhid anasını ziyarət edib. Bu bizə verilən dəyər, bizə göstərilən qayğıdır. Şəhid unudularsa, torpaq yenidən şəhid istəyər. Ona görə də mən bir daha Leyla xanıma təşəkkür edirəm. Balamın qanı və canı bahasına başa gələn bu xarı bülbüllü kəlağayını şəxsən özü hədiyyə etdiyi üçün ona minnətdaram. Hər gün başıma qara bağlayırdım, amma bu hədiyyə gələndən sonra həmişə başımdadır. Şahinimin ən böyük vəsiyyəti o idi ki, şəhid olsa, övladına onun adını qoyaq. Yəqin ki, istədi ki, adı tarixlərə düşsün".
Oxşar xəbərlər
Xalq artistinin ailəsində qalmaqal: "Nənəmin meyitini məscidə qoyub, evini taladılar" - RƏSMİ AÇIQLAMA
Mərhum Xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının oğurlanması ilə bağlı səslənən iddialara Daxili İşlər Nazirliyindən açıqlama verilib. DİN-in Mətbuat Xi...