Pəncəli Teymurovun qardaşı danışdı: "Əfsuslar olsun ki, atam bu günü görmədi"
"Əfsuslar olsun ki, atam bu günü görmədi. Əminəm ki, indi onun ruhu da şaddır".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında bu gün "Milli Qəhrəman" adı ilə təltif olunan şəhid gizir Pəncəli Teymurovun qardaşı Famil Teymurov bildirib.
Dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirən şəhid qardaşı bu günü çoxdan arzu etdiklərini deyib:
"Bu, Prezidentin Azərbaycan xalqına verdiyi dəyərdir. Ona minnətdarlığımı bildirirəm. Qardaşım şəhid olandan sonra ona Qəhrəman adının veriləcəyini həmişə gözləyirdik. Nəhayət, Prezident arzumuzu yerinə yetirdi".
Qeyd edək ki, Pəncəli Teymurovun atası Nurməmməd Teymurov 2022-ci ilin iyulun 29-da uzun sürən xəstəlikdən vəfat edib.
Oxşar xəbərlər
Elvin Hacıyevə yüksək vəzifə verildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Elvin Hacıyev Baş idarənin...