Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi
04
avq
2025
20:20
Bu gün Moskvada (Rusiya) Yauza çayında qəribə dəyişiklik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan kadrlarda çayın rənginin təbii çalarlardan kəskin şəkildə fərqləndiyi aydın şəkildə görünür.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, Elektrozavod rayonu ərazisində çaya süd-açıq yaşıl rəngdə naməlum maye axıdılıb.
Hazırda maddənin mənşəyi və tərkibi məlum deyil. Yerli ekoloji xidmətlər ərazidə araşdırmalara başlayıblar. Hadisənin çay ekosisteminə təsiri ilə bağlı qiymətləndirmə aparılır.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...