Bitki çayının tərkibində bakteriya aşkarlandı XƏBƏRDARLIQ
Azərbaycana gətirilən bitki çayının tərkibində bakteriya aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədən idxal olunan bitki çayında uyğunsuzluq müəyyən edildiyindən məhsul məhv edilib.
Bəs sözügedən çayın tərkibində aşkarlanan "E-coli" bakteriyasının hansı ciddi fəsadları var?
Terapevt Mətanət Cəfərova deyir ki, əhalinin xeyirli bilib istifadə etdiyi təbii bitki çaylarının istifadəsi ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Xüsusilə son vaxtlarda bitki tərkibli arıqlama çaylarına da maraq çoxdur. Terapevt bu məhsullardan istifadə zamanı diqqətli olmağı tövsiyə edir. O, bitki çaylarından istifadənin hətta bağırsaq xərçənginə səbəb ola biləcəyini deyib.
Terapevt diqqətə çatdırıb ki, xüsusilə qan durulaşdıran, təzyiq və diabet dərmanı istifadə edən şəxslər bitki çaylarından istifadə zamanı diqqətli olmalıdırlar.
Oxşar xəbərlər
2026-cı ildə şans, pul və sevgini özümüzə necə cəlb edək? - DETALLAR
Yeni il bütün neqativ hadisələri keçmişdə qoyub, həyatımıza yalnız yaxşıları çəkmək istədiyimiz ildir. 2026-cı ili xoşbəxt il etmək üçün onu müəyyən qaydalara ə...