Bir dövr başa çatdı: Finlandiya stasionar telefonlarla vidalaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya naqilli telefon rabitəsi dövrü ilə rəsmən vidalaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, iyulun 1-dən ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" stasionar telefon xətlərinə xidmət göstərməyi dayandıracaq.
Beləliklə, Finlandiyanın digər aparıcı telekommunikasiya şirkətləri olan "Telia" və "DNA" da daha əvvəl analoji qərar qəbul etdiklərindən, ölkədə artıq stasionar telefon rabitəsi xidməti göstərən heç bir iri operator qalmayacaq.
Telekanalın məlumatına görə, Finlandiyada naqilli telefon şəbəkəsi XIX əsrin sonlarından fəaliyyət göstərirdi. Lakin son onilliklərdə mobil rabitənin geniş yayılması nəticəsində stasionar telefon istifadəçilərinin sayı kəskin şəkildə azalıb.
2026-cı ilin əvvəlinə "Elisa" şirkətinin cəmi bir neçə min aktiv naqilli telefon bağlantısı qalmışdı. Şirkət artıq bir neçə ildir ki, bu xidmət üzrə yeni qoşulmalar da həyata keçirmirdi.
Son illərdə stasionar telefon şəbəkəsindən əsasən ev telefonları, faks rabitəsi və liftlərdə quraşdırılmış fövqəladə əlaqə qurğuları üçün istifadə olunurdu.
Oxşar xəbərlər
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar verilir
"2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223.8 milyon manat vəsait nəzərdə tutulub". BAKU.WS Oxu.Az-a istinadən xəb...