Ballıca sakini: "Ən böyük təsəllim ata evimizə qayıtmağımdır"
Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurduna qovuşanlar arasında Xocalı rayonunun Ballıca kənd sakinləri də var.
Baku TV Ballıcaya qayıdan Əzimovlar ailəsinin evində olub. 13 yaşında olarkən kəndi tərk etməyə məcbur qalan Teymur Əzimov illər sonra doğma yurduna müəllim kimi qayıdıb.
"Hazırda yaşadığım ev ailəmin zəhməti ilə tikilib. Valideynlərim bu günü görmədilər, amma ən böyük təsəllim odur ki, ata evimizə qayıtmışam. İllər boyu başqa yerlərdə yaşasaq da, heç vaxt burada olduğu kimi rahat yatmamışıq", - deyə Teymur Əzimov bildirib.
O, müharibə nəticəsində bütün xatirələrinin məhv edildiyini vurğulayıb:
"Evimiz dağıdılıb, hər şeyimiz məhv olub. Yalnız bir köhnə şəkil tapmışam. O da uşaqlıq xatirələrimdən qalan yeganə yadigardır".
Oxşar xəbərlər
Hər insanın dünyada özünə bənzəyən biri varmı? Alimlər açıqladı
"Dünyada hər insanın özünə bənzəyən biri var" fikri geniş yayılsa da, elmi araşdırmalar bunun hər kəs üçün keçərli olduğunu təsdiqləmir. Alimlərin fikrincə, nət...