Azərbaycan Avropaya elektrik enerjisinin ixracına başlayıb - VİDEO
06
may
2019
11:27
“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.BAKU.WS xəbər verir ki, bunu “Report”a qurumun Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.Onun sözlərinə görə, prosesə bu ayın əvvəlindən start verilib.“Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac edir. Artıq mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. Dövlət şirkəti qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır”, - T.Abdullayev qeyd edib.“Azərenerji” ixrac imkanlarının artırılması ilə yanaşı enerji sisteminin etibarlığının təmin edilməsi, o cümlədən artan təlabatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.Bildirilib ki, 2018-ci ildə e...