Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
25
yan
2019
21:34
Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.Bildirilib ki, 2018-ci ildə enerji sisteminin ötürücü şəbəkə sisteminə idxal olan elektrik enerjisinin ümumi həcmi 99,2 mln. kVts təşkil edib.İxrac olunan elektrik enerjisinin ümumi həcmi isə 1 413,2 mln. kVts təşkil edib. O cümlədən Rusiyaya 121,4, Gürcüstana 1 230,1, Türkiyəyə 13,4, İrana 48,3 mln. kVts elektrik enerjisi ixrac olunub.Qeyd olunub ki, enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVts təşkil edib. 2019-cu ildə ixracın 1500 mln kvts ixrac edilməsi planlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
“Azərişıq”dan Yeni il qabağı borcu olanlara PİS XƏBƏR
“Azərişıq” ASC elektrik enerjisinə görə borcu yaranmış abonentlərə xəbərdarlıq edib.ASC-dən BAKU.WS-ə verilən məlumata görə, debütor borcu yaranmış abonentlərin...