Ankara-Bakı qatarına bilet qiymətləri məlum oldu - 96 - 220 AZN

Ankara-Bakı qatarına bilet qiymətləri məlum oldu - 96 - 220 AZN
Digər 11951
Ankara-Bakı qatarının avqust ayında səfərlərə başlayacağı məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə tr.railturkey.org saytı məlumat yayıb. Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" bu marşrut üzrə "Stadler" şirkətindən aldığı qatarları reysə buraxacaq. İlkin mərhələdə həftədə bir dəfə səfər həyata keçiriləcək.Bir müddət öncə Ankara-Bakı səfərinin müddətinin 38 saat olacağı elan edilmişdi. Bu günə qədər yük qatarlarının təcrübəsi və sərhəd keçidini nəzərə alaraq bu vaxtın 40 saatdan çox olacağı güman edilir.Kupelərin tipindən asılı olaraq qatar biletlərinin qiyməti 96 - 220 AZN arasında olacaq. Bu qiymət avtobus qiymətindən baha, təyyarə qiymətindən ucuzdur.Qatarda 53 ekonom kupe var. Bu kupelərdə 4 çarpayı var. Kupelərdə olanlar vaqonda duş və iki tualetdən istifadə edə biləcək.Qatarda biznes klass kupelər də mövcuddur. Bununla yanaşı, qatarda yemək də veriləcək. 246 sərnişin eyni zamanda səyahət edə biləcəyi qatarın yemək vaqonu 28 nəfərlik tutuma malikdir.

Oxşar xəbərlər

Bakı-Gəncə qatarında gediş haqqı 50% endirilib

Bakı-Gəncə qatarında gediş haqqı 50% endirilib

Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 7...

2214 İqtisadiyyat 12:28 16 mart 2019

Son xəbərlər