Bakı-Gəncə qatarında gediş haqqı 50% endirilib
16
mar
2019
12:28
Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.“Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.“Novruz bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - məlumatda bildirilir.Qeyd edək ki, 4 vaqondan ibarət Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında birinci class (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Standart yerlərdən gediş haqqı 10, biznesdə 50, birinci klassda isə 100 manatdır.BAKU.WS
Oxşar xəbərlər
Sürət qatarında gediş haqqı azaldılır (QİYMƏT CƏDVƏLİ)
"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.BAKU.WS xəbər verir ki, 2018-ci ilin dekabr...