Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı aşağı salınacaq

Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı aşağı salınacaq
Sosial 10453
 

Aprelin 1-dən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN,  kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcək.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI

Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI

Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb. Bu barədə Trend-ə...

5984 Sosial 14:51 03 fevral 2017

Son xəbərlər