Yeni qatar xəttə buraxıldı (VİDEO)
23
apr
2018
16:57
Bu gün aprelin 23-ü Dərnəgül stansiyasında Bakı Metropoliteninin yeni qatarları təqdim olunub.BAKU.WS xəbər verir ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mətbuata açıqlaması zamanı bildirib ki, önümüzə gələn ay 2-ci qatar istifadəyə buraxılacaq.Onun sözlərinə görə: “Rusiyanın Metrovaqonmaş şirkətindən 2 ədəd qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Qatarlardan birinin bu gün təqdimatı keçirilir. Digər ikinci qatar isə onümüzə gələn ay may ayında istifadəyə buraxılacaq.Bu qatarlar digər qatarlardan çox fərqlənir. Həm texnologiya imkanları baxımından, həm də komfort baxımından digər qatarlardan cox üstündür. Qatarın bütün avadanlıqlarını 4-cü nəsil avadanlıqlar adlandırmaq olar. Qapıların genişliyi və tutacaqlar sərnişinlərin rahatlığını təmin edir. Fiziki məhdudiyyətli insanların oturmağı üçün ayrıca oturacaq nəzərdə tutulub. Bununla yanaşı qatarda “Touchscreen” ekranlarda mövcuddur. Əlavə olaraq hər vaqonda 16 ədəd olmaqla bütöv bir qatarda 80 ədəd USB port var. Maşinist kabinəsi texnologiya cəhətdən ən yeni cihazlarla təchiz olunub və qatarda müşahidə kameraları mövcuddur. Qatarda mikro iqlim nəzarəti sistemi var. Bundan əlavə tətbiq olunan işıqlandırmalar müxtəlif rəng çalarlarının dəyişdirilməsinə imkan verir. Və ultra bənövşəyi işıqlar vasitəsi ilə qatarın içindəki havanın bioloji və kimyəvi tərkibi yoxlanılır və tənzimlənir."Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bakıya yeni metro vaqonları gəlir
Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumat...