Bu il Bakı metrosunda yeni kondisionerli qatarlar görəcəyik
19
fev
2018
12:54
Rusiyanın “Metrovaqonmaş” ASC və “Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb.BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, müqaviləyə əsasən Rusiya şirkəti Azərbaycana iki beşvaqonlu qatar tədarük edəcək.Vaqonların xidmət müddəti 31 il təşkil edir. Müqaviləni “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.Yeni vaqonların ilk hissəsinin Bakıya göndərilməsi bu ilin martında nəzərdə tutulub. Müqavilənin icrasının 2018-ci il ərzində başa çatması gözlənilir."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən yeni qatarların alınması faktını təsdiqləyiblər.Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Trend-ə bildirib ki, QSC "Metrovaqonmaş"la müqavilə imzalayıb:"İki yeni qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarlar sonuncu dəfə aldığımız qatarlardan bir neçə üstünlüyü ilə fərqlənir, kondisioner sistemi ilə də təchiz olunub. Qatarların 2018-ci ildə Bakıya gətirilməsi planlaşdırılır".BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda qatar tuneldə qalıb
""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC...