SON DƏQİQƏ: Bakı metrosunda qadın qatarın altına düşüb (YENİLƏNİB)

SON DƏQİQƏ: Bakı metrosunda qadın qatarın altına düşüb (YENİLƏNİB)
Hadisə 10236
Saat 18:49 dəqiqədə Həzi Aslanov-Dırnəgül istiqamıtində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına İnşaatçılar stansiyasında bir qadın düşüb. BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, hadisənin intihar olmadığını, sərnişinin yıxıldığını bildirib. "Xəsarət müşahidə edilmir. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hələlik qadının kimliyi müəyyən olunmayıb", - Nəsimi Paşayev əlavə edib.O qeyd edib ki, "Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda qatar tuneldə qalıb

Bakı metrosunda qatar tuneldə qalıb

""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC...

2068 Hadisə 19:41 19 yanvar 2018

Son xəbərlər