Bakı metrosunda intihara cəhd
"Saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb".
BAKU.WS-in məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, intihara cəhd edən şəxs Əhmədov Nəsir Əlihüseyn oğlu, 1951-ci təvəllüdlü Nardaran sakinidir:
"Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda qız özünü qatarın altına atmaq istədi
Bakı Metropoliteninin "Gənclik" stansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib. BAKU.WS sputnik.az-a istinadən bildirir ki, Bakı Metropoliteninin...