SİZİN REKLAM BURADA!
055 213 76 73


“Dünya birliyi koronavirusla ilk dəfə qarşılaşandan bəri altı ay ərzində pandemiyaya nəzarət etməyi öyrəndi, lakin hazırda onun nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

Koronavirusla mübarizə sahəsində altı aylıq dəyərli təcrübə qazandıqlarını deyən ÜST nümayəndəsi qeyd edib ki, bu gün epidemiyanı idarə etmək mümkün olsa da, onun qarşısını almaq üçün konkret vasitə yoxdur:

“Buna görə də pandemiyanın sonu haqqında danışa bilmərik".

M.Vujnoviç əlavə edib ki, Şimali Afrika və Yaxın Şərq bölgəsində koronavirusa yoluxma hallarının bir milyondan çox olması narahatlıq yaradır:

"Hələ virusun olmadığı yerlərdə də yoluxma hadisələrinin artacağını gözləmək olar. Orada da infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir".

BAKU.WS