Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu

Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Dünya 14005

Aktauda baş vermiş təyyarə qəzasının nəticələrini dronla çəkən bloqer 10 sutka həbs olunub.

BAKU.WS orda.kz-a istinadən xəbər verir ki, bloqer Azamat Sarsenbayev Aktauda təyyarə qəzasının nəticələrini dronla çəkdiyi üçün inzibati həbs cəzası alıb. Bu barədə onun vəkili Aybek Suyundukov sosial şəbəkələrdə məlumat yayıb.

Mankistau vilayətinin Tupkaran rayon məhkəməsinin qərarına əsasən, Sarsenbayev hüquq-mühafizə orqanlarının əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.

Məhkəmə ona 10 sutka müddətinə inzibati həbs cəzası təyin edib.

Son xəbərlər