Kremldən təyyarə qəzası ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmalar yekunlaşana qədər Kreml heç bir qiymət verməyəcək.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurduğu iddia edilən azərbaycanlı deputat Rasim Musabəyovun təyyarə qəzasına görə üzr istəməsi tələbini Kremlin görüb-görməməsi ilə bağlı suala Peskov "Əlbəttə gördüklərini" deyib. "Artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur", - deyə mətbuat katibi yekunlaşdırıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Axta kəndinin tarixi
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qə...