Aktauda qəzaya düşən təyyarənin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur
27
dek
2024
14:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL-ın dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar.
Onlar İqor Kşnyakinin fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.
Sözügedən ünvana "Azərbaycan Hava Yolları" tərəfindən əklil də göndərilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...