ÜST TƏCİLİ açıqlama verdi - Azərbaycanda H1N1 virusunun olması təsdiqləndi (VİDEO)

ÜST TƏCİLİ açıqlama verdi -  Azərbaycanda H1N1 virusunun olması təsdiqləndi (VİDEO)
Video
Video 2783
"Dünyada hər il 70 min adam qripdə ölür. Azərbaycanda yayılan H1N1 qripi "donuz qripi" deyil. Bu xəstəlik 65 yaşdan yuxarı, 5 yaşdan kiçin uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və tibb işçiləri üçün risk daşıyır". BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirilən mətbuat konfransında deyib. ÜST nümayəndəsi bildirir ki, bu virusun qarşısında almaq üçün ciddi şəkildə mübarizələr aparılır: "Viruslarla bağlı analiz aparılır. Virusun mutasiya olunub olunmadığına baxırıq. Azərbaycanda qriplə bağlı böyüdəcək, təhlükəli bir şey yoxdur. Dünən Azərbaycanda ÜST adından məlumat yayılıb. Biz bu məlumata görə, rəsmi açıqlama vermək məcburiyyətində qaldıq. H1N1 yeni bir şey deyil və qorxulacaq xəstəlik deyil". Abbas BAKU.WS

Son xəbərlər