Azərbaycanda “donuz qripi”nin yayılması xəbərinə RƏSMİ AÇIQLAMA
31
yan
2019
14:59
Azərbaycanda H1N1 virusu (donuz qripi) yoxdur.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilir ki, ölkədə “donuz qripi”nə yoluxma ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.“Azərbaycanın Səhiyyə Nazirliyindən Ümumdünya Səhiyyə Təşkilatına ölkədə H1N1virusuna (donuz qripi) yoluxma ilə bağlı heç bir məlumat göndərilməyib.Azərbaycanda bu virusa yoluxma halı da qeydə alınmayıb. Heç Ümumdünya Səhiyyə Təşkilatından bu barədə bizə məlumat da daxil olmayıb.Bilmirik ki, bu məlumatları kim və hansı məqsədlə yayırlar. Onlar bizim nümunələr əsasında yazırlar”, - deyə məlumatda bildirilib.Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbərlər yayılıb. Xəbərdə bildirilir ki, guya Ümumdünya Səhiyyə Təşkilatı bu barədə xəbər yayıb.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
İki azərbaycanlı "donuz qripi"nə yoluxub
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəliyə y...