Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR - VİDEO

Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR - VİDEO
Video
Video 7989
 

Bəzi vətəndaşların ünvanlı sosial yardım ala bilməməsinin səbəbləri açıqlanıb.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu sosial yardımı elektron yolla alanlara 2 aydır pul ödənməməsinə aydınlıq gətirib. Məlumata görə əsas səbəb elektron sistem tərəfindən yardım alan vətəndaşların məlumatlarının yoxlanılmasıdır.

DSMF-nin sektor müdiri Kənan Əkbərovun sözlərinə görə mart ayı ərzində 153 min vətəndaşa 155 manat məbləğində sosial yardım ödənilib. Ünvanlı sosial yardımı son aylarda ala bilməyənlərə də şad xəbər var. Yardımın veriləcəyi tarix müəyyən edilib.

Vətəndaşlar gəlirləri və ailə tərkiblərində dəyişiklik olarsa dərhal 5 iş günü müddətində fonda məlumat verməlidirlər. Əks halda onlara sosial yardımların verilməsi dayandırılır.

Ünvanlı sosial yarımın alınmasında hansısa suallar və müraciətlər olarsa vətəndaşlar 142 saylı çağrı mərkəzinə müraciət edə bilərlər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər