Bakıda etiraz aksiyası oldu (VİDEO)
Bir qrup şəxs ünvanlı sosial yardım ala bilməməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. ANS TV-nin məlumatına görə, onlar öz etirazını avtomobillərin hərəkətinə mane olmaqla həyata keçirmək istəsələr də, polis əməkdaşları bunun qarşısını alıb.
Müxtəlif bölgələrdən gələn şəxslərin şikayətlərinin əsas səbəbi ünvanlı sosial yardımın elektron yolla ayrılmasıdır. Şikayətçilər deyir ki, artıq iki aydır yardımlarını ala bilmirlər. Yeni sistemdə qeydiyyat elektron şəkildə aparıldığından və bundan anlayışları olmadığı üçün bu yenilikdən yararlanmaqda çətinlik çəkirlər.
Şikayətçilər daha sonra nazirliyin inzibati binasına daxil olublar. Daha sonra qurumun məsul şəxsləri vətəndaşları qəbul edib. Ancaq bu zaman qurum rəsmiləri ilə vətəndaşlar arasında mübahisə düşüb.Qəbul edilən vətəndaşların problemləri dinlənildi. Onların əsas tələbi isə ünvanlı sosial yardım almaq üçün yaradılan onlayn müraciət formasının ləğvi idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Elman Babayev isə bildirib ki, şikayətçilərin əksəriyyətinin yeni sistemdən anlayışı yoxdur. Bu sistemdə əsas məqsəd şəfafflığı təmin etmək və vətandaşlara daha keyfiyyətli xidmət göstərməkdir. Əgər ünvanlı sosial yardım alan şəxs bu yardımdan məhrum olubsa, o, poçt vasitəsilə yenidən nazirliyə müraciət edə bilər.
Ünvvanlı sosial yardım almaq istəyən vətəndaş nazirliyin saytında qeyd olunan bölməyə daxil olmalıdır. Qeydiyyatdan keçmək üçün bölmələrə ailə tərkibi, sahibi olduğu daşınan və ya daşınmaz əmlak haqqında məlumatı düzgün daxil etməlidir. Bu məlumatlar düzgün daxil edilmədiyi halda müraciətə baxılmır. buna görə də hər bir vətəndaşa 90 gün ərzində imkan verilir ki, o müvafiq məlumatları düzgün daxil edərək nazirliyə yenidən müraciət etsin.
BAKU.WS
Oxşar xəbərlər
Prezident fərman imzaladı: Bu xidmət ləğv edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərb...