Sürücülərin DİQQƏTİNƏ: Sabah sonuncu gündür - VİDEO
12
noy
2017
09:04
Oktyabrın 12-də yol polisi sürücülərə avtomobilin dövlət nömrə nişanında silinən defis simvollarıyla bağlı xəbərdarlıq etmişdi. Artıq həmin vaxt yekunlaşmaq üzrədir. Daha doğrusu, sabah sonuncu gündür. Avtomobilinin nömrə nişanında silinən defisi bərpa etdirməyən sürücülər həftənin bazar ertəsindən etibarən cərimə ediləcəklər.Avtomobilin dövlət nömrə nişanında defis işarəsinin pozulmasına görə noyabrın 13-dən etibarən sürücülər cərimələnəcəklər.Bununla bağlı yol polisi sürücülərə xəbərdarlıq edir. Baş Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, sürücülərə verilən 1 ay vaxtın sabah sonuncu günüdür. Birisigündən etibarən bütün avtomobillərin nömrəsi standartlara cavab verməlidir.Baş Dövlət Yol Polisi İdarəsinin ''Saray'' postunda yol polisləri avtomobilin nömrəsində defis olmayan sürücüləri saxladaraq bir daha onları məlumatlandırıblar.Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, defisin silinməsinə görə saxlanılan bütün sürücülər bundan xəbərsiz olduqlarını deyirlər.Bu məsələyə görə saxlanılan bütün avtomobillərin nömrələri polis tərəfindən pulsuz bərpa edilərək yola salınıb. Çəkiliş zamanı hətta qonşusuna məxsus avtomobilin nömrə nişanını rənglədən sürücüyə də rast gəldik.Baş Dövlət Yol Polis İdarəsindən onu da bildirdilər ki, həftənin bazar ertəsinə qədər avtomobilin nömrəsində olan çatışmazlığı aradan qaldırmayan sürücülər 50 manat məbləğində cərimə ediləcəklər. Cərimə edilmək istəməyən sürücülər istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.BAKU.WS
Oxşar xəbərlər
Polisin rənglədiyi defislər silindi: Buna görə sürücülər cərimə ediləcəkmi? (VİDEO)
Dövlət Yol Polisi əməkdaşları tərəfindən boyanan avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarının rənginin silindiyi iddia edilir. Belə bir iddia...