Sürücülərə ŞAD XƏBƏR: Babək prospekti iyulda təhvil veriləcək - VİDEO

Sürücülərə ŞAD XƏBƏR: Babək prospekti iyulda təhvil veriləcək - VİDEO
Video
Video 1439
Bakıda ən əsas yollarında olan Babək prospektində geniş təmir, tikinti işləri həyata keçirilir. Yolun altından keçən istismar müddətini başa vurmuş bütün kommunikasiya xətləri yenilənir və yeni asfalat çəkilir. Artıq yeni yolun istifadəyə veriləcəyi vaxt da müəyyənləşib.Eyni vaxtda bir neçə ərazidə iş aparılır. Kommunikasiya xətləri dəyişdirilir, yol yatağı hazırlanır və asfalt vurulur. Görüntülər uzunluğu 8.7 kilometr olan Babək prospektindəndir. Kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan ərazilər hissələrlə asfaltlanır. Eyni zamanda bordürlər yeniləri ilə əvəz edilir, yağış barmaqlıqları qoyulur və yeni səkilər salınır. İşlər yekunlaşdıqdan sonra yolun ortasındakı ərazinin kiçildilməsi sayəsində prospektin eni də genişlənəcək. Babək prospekti şəhərin əsas yollarından sayıldığından bu yolun istifadəyə verilməsi ilə paytaxt yollarındakı sıxlığın azalacağı gözlənilir. BAKU.WS

Oxşar xəbərlər

Babək prospekti genişləndiriləcək

Babək prospekti genişləndiriləcək

“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”.BAKU.WS “Re...

4088 Sosial 19:41 10 noyabr 2017

Son xəbərlər