Sürücülərin nəzərinə: Bu yol təmirə bağlandı (FOTO, VİDEO)

Sürücülərin nəzərinə: Bu yol təmirə bağlandı (FOTO, VİDEO)
Video
Video 1006

 

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsində təmir işləri aparılır.

Bu barədə BAKU.WS-ə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir. Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilir, digər mövcud xətlər isə bərpa olunur. Səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılır. Bü işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə küçənin təqribən 6300 m2 ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunur, 1400 paqon-metr köhnə səki daşı yenisi ilə əvəz olunur. Həmçinin, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqlarının da yenilənməsi nəzərdə tutulub.

Təmir işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqları, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Bakıda iki küçə bağlandı

Sürücülərin nəzərinə! Bakıda iki küçə bağlandı

Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, təmir işlərinin aparıldı...

1291 Sosial 15:45 21 may 2016

Son xəbərlər