Yol polisinin reydi zamanı polis saxlanıldı - (VİDEO, FOTO)
Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb.
BAKU.WS ARB TV-yə istinadla xəbər verir ki, Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib.
Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır.
Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib.
Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
DYP kütləvi reydlərə başladı: "AA" da saxlanıldı - FOTO
Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə start verib. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, nö...