Taksi sürücüləri, DİQQƏTLİ OLUN! - Başlandı... - VİDEO

Taksi sürücüləri, DİQQƏTLİ OLUN! - Başlandı... - VİDEO
Video
Hadisə 9571
 

Sumqayıtda qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib. Reyd zamanı ümumilikdə 40 sürücü barəsində protokol tərtib edilib. Bəzi sürücülər yoxlamalara etirazlarını bildiriblər.

Kimisi fərqlənmə nişanı olmadan taksi fəaliyyətinə davam edir. Kimisi də saxla əmrinə tabe olmur..

Görüntülər Sumqayıtda təşkil olunan reyddəndır. yol polisləri ilə Dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşlarının şəhər ərazisində qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı birgə reydi maraqlı nəticələrlə yadda qalıb.

Sumqayıtın müxtəlif istiqamətlərində keçirilən reyd zamanı fərqlənmə nişanı olmadan taksi xidməti göstərən xeyli sürücüyə rast gəlinib.

Reyd zamanı polis saxla əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz avtomobil idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin protokolu ilə razılaşmayan sürücülərə də rast gəlinib.

Reyd zamanı ümumilikdə 40 sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Taksi sürücülərinə son xəbərdarlıq (VİDEO)

Taksi sürücülərinə son xəbərdarlıq (VİDEO)

Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə sonuncu dəfə sərt xəbərdarlıq edib. Sürücülər cərimələnməmək üçün fərqlənmə nişanı alınmalıdır. Əks halda yol polis...

1757 Video 09:57 20 noyabr 2016

Son xəbərlər