Ölümlə döyüşən 8 yaşlı Mədinədən hər kəsi göz yaşlarına boğan sözlər (VİDEO)

Ölümlə döyüşən 8 yaşlı Mədinədən hər kəsi göz yaşlarına boğan sözlər (VİDEO)
Video
Video 15174
“Böyüyüb həkim olacam və bütün uşaqları sağaldacam”. BAKU.WS-in məlumatına görə, sümük xərçənginə tutulan 8 yaşlı Mədinə Cümşüdova bu ümidlə yaşayır. Mədinənin anası Lalə Cümşüdova BAKU.WS-ə bildirdi ki, 2 aydır ki, qızının bu xəstəliyə tutulduğunu biliblər. Ananın sözlərinə görə, Mədinənin müalicəsi üçün 20 min dollara ehtiyac var. “Sabah Mədinəni Türkiyəyə aparacağıq. O, kimyaterapiya olunacaq. İndiyənə qədər 3 min manata yaxın pul yığılıb”, - deyə Lalə Cümşüdova bildirib. Ana xeyirxah insanlardan kömək istəyir. Bank Respublika:380194402452514901 Şəxsiyyət vəsiqəsi:AZE 14753393 Əlaqə nömrəsi:+99470 714 47 05 (Lalə - Mədinənin anası) BAKU.WS

Son xəbərlər