Azərbaycanlılar bu qızın həyatını xilas etmək üçün səfərbər oldu: cəmi 3 min toplandı
"Qızım Ülviyyə 2014-cü ildən kəskin limfoblast leykozunnan əziyyət çəkir. Həkimlər dediki 2 il kimyaterapiya etmək lazımdır. Biz də müalicəyə davam etdik. Hər şey yaxşıdı idi, amma sentyabrın 15-i müayinədən keçəndə məlum oldu ki, xəstəlik yenidən baş qaldırıb".
Bunu BAKU.WS-ə açıqlamasında Ülviyyə Müzəffərovanın anası Hicran xanım bildirib. Onun sözlərinə görə, qızına yenidən kimyaterapiya edilməyə başlanılıb.
"Hazırda çox halsızdır. Qızımın heç olmasa xaricdə müayinə olunması istəyirəm. Bunun üçün 10 min dollar pul lazımdı. Bir neçə gündür ki, KİV bizim problemimizi işıqlandırıb. Qızımın həyatını xilas etmək üçün cəmin 3 min manat pul yığılıb. İmkanlı şəxslərdən bizə köməklik göstərməyini xahiş edirəm".
Qeyd edək ki, Ülviyyənin Türkiyyədə ilkin müayinə üçün 10 min dollar (16 min AZN) tələb olunur. Xəstəxanada ilkin müayinədən sonra xəstəyə ilik nəqli olunmalıdır və bu əməliyyatin qiyməti 175 min dollardır (281 min AZN). Ülviyyənin yaxınları gənc qızın müalicəsi üçün lazım olan məbləğin yüksək olduğunu nəzərə alaraq hər kəsdən kömək etməyi xahiş edir.
Ülviyyə yaşamaq istəyir və onun həyatını birlikdə xilas edə bilərik.
Ödəmə terminallarından- Bank Respublika- Seriya AZE 05755133
HESAB AZN- 380194401153504401
Müzəffərova Hicran Nəbi qızı
Əlaqə nömrəsi: Anası- Hicran xanım- 050 415 71 32
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Sosial şəbəkələrdə azərbaycanlı qız üçün kampaniya başladı - 175 min dollar (FOTO)
Sosial şəbəkələrdə azərbaycanlı qıza görə kampaniya başlayıb. BAKU.WS-in məlyumatına görə, Ülviyyə Müzəffərova adlı 26 yaşlı gənc qız üçün hər kəs səfərbər ol...