Azərbaycanlı qız üçün kampaniya başladı - 136 min manat (FOTO)
25
sen
2017
15:00
27 yaşlı Ülviyyə Müzəffərova yaşamaq istəyir. Onun həyata keçirmək istədiyi arzuları, xəyalları var. Lakin Ülviyyənin tutulduğu xəstəlik onun ölümünü hər gün, hər saat yaxınlaşdırır. 27 yaşlı qızın həyatda qala bilməsi üçün 80 min ABŞ dollarına ehtiyac var.BAKU.WS-in məlumatına görə, Ülviyyə kəskin limfoblast leykozundan əziyyət çəkir. İki il ərzində (2014-cü il may - 2016-cı il may) Bakıda müalicə almağına baxmayaraq oktyabr ayında residiv müşahidə olunub.Müalicə üçün Türkiyəyə aparılan Ülviyyənin ilkin müayinə, müalicə və ilik nəqli əməliyyatı həyata keçirilməsi üçün 80 min ABŞ dolları (136 min AZN) lazımdır.Ülviyyənin yaxınları gənc qızın müalicəsi üçün lazım olan məbləğin yüksək olduğunu nəzərə alaraq hər kəsdən kömək etməyi xahiş edir.Ülviyyə yaşamaq istəyir, onun həyatını birlikdə xilas edə bilərik.___________________________________________________________Ödəmə terminallarından - Bank Respublika - Seriya AZE 05755133HESAB AZN - 380194 401153 504401Müzəffərova Hicran Nəbi qızıƏlaqə nömrəsi: Anası - Hicran xanım - 050 415 71 32BAKU.WS
Oxşar xəbərlər
11 yaşlı Nilufəri xilas edək - 30 min AZN lazımdır (FOTO)
11 yaşlı Nilufər xərçəng xəstəliyindən əziyyət çəkir. BAKU.WS-in məlumatına görə, balaca qız bir il öncə atasını itirib. O gündən taleyi üzünə küsən Nilufər a...